Fransanın şərqində yerləşən La Tusuir dağ-xizək istirahət mərkəzi yaxınlığında baş verən qar uçqun nəticəsində iki nəfərin ölüb.
TASS-ın verdiyi xəbərə görə, “Comborciere” massivindəki 2 km yüksəklikdən bir neçə yüz metr aralıda qar uçqunu baş verib. Hadisə zamanı xizək sürən bir qrup qar altında qalıb.
Axtarış-əməliyyat tədbirlərinə 30-a yaxın xilasedici, jandarma və kineloji xidmətin əməkdaşları cəlb edilib. Xilasedicilər iki xizəkçinin cəsədini aşkar edilib. Digər bir nəfər isə donma əlamətləri ilə tapılıb. Həkimlər tərəfindən onun vəziyyəti kritik olaraq qiymətləndirilib. Hazırda Qrenobl xəstəxanasında müalicə alır. Xilasetmə qrupu dördüncü xizəkçinin axtarışını davam etdirir.
Hadisə ilə əlaqədar bölgədəki Dağ Jandarma İdarəsi araşdırmaya başlayıb. (apa)