XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

31 January 2020 - 17:14

AZƏRBAYCANDAN İRANA KEÇƏN 2 ÇİNLİ VİRUS EHTİMALI İLƏ KARANTİNƏ ALINIB –Səhiyyə Nazirliyi rəsmisindən YENİ AÇIQLAMA

“İndiyə qədər “Koronavirus” daşıyıcısı ehtimalı ilə 6  nəfər qeydə alınıb”.

Strateq.az “IRNA”-ya istinadla xəbər verir ki, bunu İslam Respublikasının Səhiyyə Nazirliyinin Yoluxucu Xəstəliklərə Nəzarət Mərkəzlərinin rəhbəri Məhəmməd Mehdi Quyaşamqah bildirib.

Səhiyyə Nazirliyi rəsmisinin sözlərinə görə, bu gün yeni “Corona” virusunun İranla qonşu dövlətlərə çatdığı barədə kiberməkanda dolaşan şayiələr həqiqətə uyğun deyil.

Nazirlik rəsmisi deyib: “Dünya Səhiyyə Təşkilatının (DST) məlumatına görə, İraq, Pakistan və digər qonşu ölkələrin heç birində yoluxma qeydə alınmayıb və bölgədə yalnız bir dövlət – Birləşmiş Ərəb Əmirlikləri “Corona” virusunun mövcudluğunu rəsmən təsdiqləyib”.

Məhəmməd Mehdi Quyaşamqah əlavə edib: “İndiyə qədər İranın müxtəlif əyalətlərində  “Corona” virusuna yoluxmada şübhəli 6 hadisə qeydə alınıb. O cümlədən Yəzddə – 2, Təbrizdə – 2, habelə Qumda və Tehranda müvafiq olaraq 1. Xəstəlik daşıyıcılığında şübhəli şəxslərin hamısı xüsusi laboratoriyalarda müayinə olunublar. Cavablar mənfidir”.

Bu arada, Təbriz Tibb Elmləri Universitetinin rəhbəri Məhəmməd Hüseyn Soumi hazırda 2 nəfərin “Corona” virusuna yoluxma ehtimalı ilə karantinə alındığını təsdiqləyib.

Rektorun sözlərinə görə, 36 və 37 yaşlı 2 çinli qadın 7 gün əvvəl Çindən Azərbaycana gəlib və yanvarın 29-da Astara sərhəd məntəqəsindən İran ərazisinə daxil olublar.

Yanvarın 30-da “IRNA”-ya bu açıqlamanı verən Soumi deyib: “Onlar qızdırma və qripə bənzər simptomlarla Təbrizdəki xəstəxanaya yerləşdirilib və hazırda ciddi nəzarət altındadırlar”.

***

İslam Respublikasının Səhiyyə Nazirliyinin Yoluxucu Xəstəliklərə Nəzarət Mərkəzlərinin rəhbəri Məhəmməd Mehdi Quyaşamqah yanvarın 31-də Təbrizdə 2 nəfərin “Corona” viruslu xəstə olduğunu təkzib edib.

Səhiyyə Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, doktor Məhəmməd Mehdi Quyaşamqah bildirib: “Bir neçə gün əvvəl Azərbaycan Respublikasına səfər edən və Çərşənbə günü ölkəmizə gələn 2 Çin vətəndaşı, milli protokola uyğun olaraq, ilkin müayinədən sonra Təbrizdəki xəstəxanalardan birinə göndərilib”.

Yoluxucu Xəstəliklərə Nəzarət Mərkəzlərinin rəhbərinin sözlərinə görə, xəstələrin tibbi nəzarətdə olduğu dövrdə hər ikisində B tipli qrip olduğu müəyyənləşdirilib.

Doktor Goya bu günə qədər ölkədə heç bir “Koronavirus” hadisəsinin qeydə alınmadığını bir daha vurğulayıb.