XƏBƏR LENTİ

24 Fevral 2020
23 Fevral 2020

Digər Xəbərlər

01 Fevral 2020 - 17:10

Ərdoğan Ukraynaya gedəcək- İşgüzar səfərə

Fevralın 3-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynaya işgüzar səfərə gələcək.

Azərtac Ukrayna Prezidentinin mətbuat xidmətinə istinadla xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan rəsmi qarşılanma mərasimindən sonra Ukrayna-Türkiyə biznes forumunda iştirak edəcək.

Forumda əsas müzakirə mövzularından biri Ukrayna ilə Türkiyə arasında Azad Ticarət Sazişinin imzalanması olacaq. Regional layihələrin həyata keçirilməsi, ticarət dövriyyəsinin artırılması və digər maraq doğuran məsələlərlə bağlı da müzakirələr aparılacaq.