XƏBƏR LENTİ

09 Mart 2021
08 Mart 2021
07 Mart 2021

Digər Xəbərlər

01 Fevral 2020 - 19:11

Mahmud Abbas:"Fələstin ABŞ və İsrail ilə əlaqələrini kəsir"

Fələstin ABŞ və İsrail ilə əlaqələrini kəsir.

Bu bəyanatla Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas çıxış edib.

Bu gün Qahirədə Ərəb Dövlətləri Liqasının toplantısında çıxış edən Mahmud Abbas bildirib ki, ABŞ-ın planı məqsədəuyğun deyil və münaqişənin həllinə yardım etməyəcək. O deyib ki, Fələstin ABŞ ilə təhlükəsizliyin təmin olunması məsələsində də əməkdaşlıq etməyəcək.

Xatırladaq ki, Ərəb Dövlətləri Liqası ABŞ-ın “Əsrin sövdələşməsi” planını müzakirə etmək üçün bu gün Qahirədə təcili toplantı keçirib.