XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

01 February 2020 - 21:14

BƏƏ-də ən uzun əl sıxma mərasimi Ginnesin Rekordlar Kitabına düşüb- FOTO

Birləşmiş Ərəb Əmirliklərində dünyanın ən uzun əl sıxma mərasimi keçirilib. Belə ki, 1817 nəfərdən ibarət insan zənciri Əbu-Dabinin Umm Al Emarat parkında “Vahid dünya – tək mesaj” adlı tədbirdə bir-birinin əlini sıxaraq dünya rekorduna imza atıb.

Azərtac Emirates informasiya agentliyinə istinadla xəbər verir ki, təşəbbüs Əbu-Dabi polis departamentinin gənclər Şurası tərəfindən Roma Papası Fransisk və Böyük Əl-Əzhar İmamının görüşməsinin birinci ildönümü münasibətilə irəli sürülüb. Həmin görüşdə insanların qardaşlığı haqqında sənəd imzalanmışdı. Mərasimdə BƏƏ-nin analıq məsələləri üzrə Ali şurasının sədri Fatima bint Mübarək və Tolerantlıq naziri Nəhyan bin Mübarək Əl Nəhyan iştirak ediblər.

Mərasimin sonunda Ginnesin Rekordlar Kitabının sertifikatı BƏƏ-nin yüksək vəzifəli şəxslərinə təqdim edilib(azərtac).