XƏBƏR LENTİ

10 İyul 2020

Digər Xəbərlər

01 Fevral 2020 - 22:18

Elazığda yenidən zəlzələ olub- 3,5 bal gücündə

Türkiyənin Elazığ əyalətində 3,5 bal gücündə zəlzələ baş verib.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 19:37-də Sivricə rayonunda qeydə alınıb.

Yeraltı təkanların ocağı 5 kilometr dərinlikdə yerləşib.

Xatırladaq ki, yanvarın 24-ü Türkiyənin Elazığ əyalətinin Sivricə rayonunda 6,8 bal gücündə zəlzələ baş verib. Zəlzələ yerli vaxtla saat 20:55-də qeydə alınıb. Zəlzələ nəticəsində 39 nəfər həlak olub.