XƏBƏR LENTİ

13 İyul 2020
12 İyul 2020
11 İyul 2020

Digər Xəbərlər

02 Fevral 2020 - 09:12

Çindən kənarda koronavirusdan ilk ölüm hadisəsi Filippində qeydə alınıb –Ümumdünya Səhiyyə Təşkilatı məlumat yaydı

Çinin hüdudlarından kənarda koronavirusdan ilk ölüm hadisəsi Filippində qeydə alınıb.

Bu barədə məlumat Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Filippindəki filialının “Twitter” səhifəsində yerləşdirilib.

Qeyd olunub ki, Uhan şəhərindən olan 44 yaşlı kişi 1 fevral tarixində vəfat edib.

Qeyd edək ki, Çində koronavirusun indiyədək aşkar edilməmiş ştammına (2019-nCoV) yoluxanların sayı 14 min 380, bu virus səbəbindən ölənlərin sayı isə 304 nəfərə çatıb. /Rport