XƏBƏR LENTİ

25 Fevral 2020
24 Fevral 2020

Digər Xəbərlər

03 Fevral 2020 - 00:26

Rusiya Çin ilə dəmir yolu əlaqəsini dayandırır:"Sərnişin qatarlarının hərəkəti tamamilə dayandırılacaq"

Rusiya Çinlə dəmir yolu əlaqəsini dayandırır.

Dəmir yolu əlaqəsinin dayandırılmasının məqsədi yeni növ koronavirusun ölkə ərazisində yayılmasının qarşısını almaqdır.

Bildirilir ki, Moskva vaxtı ilə fevralın 3-ü saat 00:00-da Rusiya və Çin arasında sərnişin qatarlarının hərəkəti tamamilə dayandırılacaq.

Qeyd edək ki, Çində 13,8 mindən artıq insan 2019-nCoV koronavirusuna yoluxub. 2019-nCoV koronavirusundan ölənlərin sayı 304 nəfərə çatıb.

Çindən əlavə yoluxma halları Tailand, Yaponiya, Cənubi Koreya, ABŞ, Kanada, Vyetnam, Sinqapur, Nepal, Fransa, Avstraliya, Malayziya, Finlandiya, Rusiya və Almaniyada da qeydə alınıb. /Trend.az