XƏBƏR LENTİ

13 İyul 2020
12 İyul 2020
11 İyul 2020

Digər Xəbərlər

03 Fevral 2020 - 13:11

“Suriyada əməliyyatları davam etdirəcəyik” –Ərdoğan

“Türkiyə ordusunun endirdiyi zərbələr nəticəsində İdlibdə qarşı tərəfdən 30-35 silahlı məhv edilib”.

“Anadolu” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynaya səfərindən öncə keçirdiyi mətbuat konfransında bildirib.

R.T.Ərdoğan F-16 qırıcılarının Milli Kəşfiyyat Təşkilatı (MİT) tərəfindən təyin edilən hədəfləri atəş altında saxladığını da vurğulayıb.

Türkiyə prezidenti həmçinin Rusiya tərəfinə müraciət edib: “Xüsusilə Rusiyanın səlahiyyətli nümayəndələrinə səslənirəm: opponentimiz siz deyilsiniz, rejimdir, bizim qarşımızı kəsməyin. Burada biz şəhid verərkən bunlara qarşı səssiz qalmamız mümkün deyil. Bunun qisasını almağa davam edəcəyik”.

“Saat 06:15-ə olan məlumata görə rejimin 46 hədəfi atəşə tutulub”, – R.T.Ərdoğan əlavə edib.

Xatırladaq ki, Suriyanın İdlib bölgəsində Bəşşər Əsədə sadiq qüvvələr və Türkiyə ordusu arasında baş verən döyüşlərdə 4 Türkiyə əsgəri şəhid olub, 9 əsgər isə yaralanıb.