XƏBƏR LENTİ

19 Fevral 2020
18 Fevral 2020

Digər Xəbərlər

03 Fevral 2020 - 14:23

Koronavirusa yoluxmuş əcnəbilər Rusiyadan deportasiya olunacaqlar –Baş nazir göstəriş verdi

Koronavirusa yoluxmuş əcnəbilər Rusiyadan deportasiya olunacaqlar.

Bununla bağlı Rusiya Baş Naziri Mixail Mişustin hökumət üzvləri ilə keçirdiyi əməliyyat müşavirəsində göstəriş verib.

M. Mişustin bu addımın infeksiya ilə milli mübarizə planına daxil olduğunu qeyd edib.

“Koronavirus təhlükəli xəstəliklər siyahısına daxil edilib. Bu, əcnəbi vətəndaşlarda belə bir xəstəlik aşkarlanacağı təqdirdə onların deportasiyasına imkan verəcək. Eyni zamanda təcrid və karantin daxil olmaqla xüsusi məhdudlaşdırıcı tədbirlər görüləcək”, – deyə Baş Nazir vurğulayıb. (apa)