XƏBƏR LENTİ

19 Fevral 2020

Digər Xəbərlər

03 Fevral 2020 - 16:35

Rusiyada Gürcüstanla aviauçuşların bərpası ideyası neqativ qarşılanıb –KİV

Rusiyada Çin bazarı ilə bağlı itkilərin kompnesasiyası üçün Gürcüstanla aviauçuşların bərpası məsələsi gündəmə gəlsə də, bununla bağlı müsbət qərar verilməyib.

Bu barədə Rusiyanın “Kommersant” nəşri yazıb.

Nəşrin məlumatına əsasən, yanvarın 30-da Rusiyanın nəqliyyat naziri Yevgeni Ditrixin rəhbərliyi altında müşavirə keçirilib.

Toplantıda nazir bu ilin aprel ayına qədər Misir kurortlarına uçuşlara qoyulan qadağanın aradan qaldırılmasının mümkün olduğunu deyib.

“Kommersant”ın mənbəsi bildirib ki, müşavirədə Gürcüstana aviauçuşların bərpa olunması ideyası neqativ reaksiya ilə qarşılanıb.

Qeyd edək ki, Rusiya ötən ilin iyulun 8-dən etibarən Gürcüstanla birbaşa aviauçuşları dayandırıb. (report)