Türkiyənin səhiyyə naziri Fahrettin Koca mətbuat konfransı keçirib.
“Anadolu” xəbər verir ki, nazir Uzaq Şərqdən gələn təyyarələrdə termal kameranın tətbiq ediləcəyini söyləyib.
“Hazırda ölkəmizdə koronavirus hadisəsi qeydə alınmayıb. Fevralın 5-dən sonra Çindən Türkiyəyə təyyarə reysləri dayandırılacaq. Bu qərar fevralın sonuna qədər qüvvədə olacaq”, – Fahrettin Koca söyləyib.
“Bundan əlavə, 61 nəfərdən alınmış nümunələrin nəticələri də məlumdur. Onların heç birində koronavirus aşkar edilməyib”, – nazir əlavə edib.
Xatırladaq ki, dünyada koronavirusa yoluxanların sayı 17 min nəfəri, ölənlərin sayı isə 521-i ötüb.