XƏBƏR LENTİ

06 Avqust 2020
05 Avqust 2020

Digər Xəbərlər

14 May 2015 - 04:27

Vatikan Fələstin dövlətini tanıması barədə sənədi təsdiqləyib

vatikan.jpg

Vatikanın Fələstin dövlətini rəsmən tanımasını əks etdirən yeni müqavilənin mətninin hazır olduğu bəyan edilib.

Strateq.az bildirir ki, İkitərəfli Komissiyanın iclasında verilən bu məlumata əsasən artıq rəsmi Vatikan Fələstin Azadlıq Təşkilatı ilə deyil, Fələstin dövləti ilə diplomatik münasibətlər qurmağı nəzərdə tutub. Sənədin aidiyyətı qurumlar tərəfindən təsdiqindən sonra imzalanması gözlənilir.

Qeyd edək ki, Müqəddəs Taxt-Tac BMT Baş Assambleyasının 2012-ci ildə Fələstin dövlətinin tanınması ilə bağlı qərarını alqışlayıb. Lakin müvafiq razılaşma Vatikanla Fələstin arasında bu istiqamətdə ilk hüquqi sənəddir və rəsmi diplomatik tanınmanı əks etdirir.

“Bəli, bu, belə bir dövlətin mövcudluğunun tanınması deməkdir” – deyə Vatikanın mətbuat katibi Federiko Lombardi məsələyə münasibət bildirib.

İsrail XİN-in bu xəbərə reaksiyası gecikməyib. Qurum Vatikanın bu addımından təəssüfləndiyini bildirib.