XƏBƏR LENTİ

25 Fevral 2020
24 Fevral 2020

Digər Xəbərlər

03 Fevral 2020 - 22:35

İran Uhan şəhərinə təyyarə göndərir- Tələbələrin təxliyəsi üçün

İran sabah (4 fevral) 70 iranlı tələbənin ölkəyə qaytarılması üçün Çinin Uhan şəhərinə təyyarə göndərəcək.

Trend-in məlumatına görə, bunu İranın səhiyyə, müalicə və tibbi təhsil naziri Səid Nəməki deyib. Onun sözlərinə görə, təyyarədə İranın infeksiya və təcili yardım üzrə 5 peşəkar mütəxəssisi olacaq.

Nəməki əlavə edib ki, tələbələr ölkəyə gətirildikdən sonra 2 həftə karantində qalacaq: “İranda indiyədək yeni koronavirusa yoluxma halı qeydə alınmayıb”.

Qeyd edək ki, Çində 17,2 mindən artıq insan 2019-nCoV koronavirusuna yoluxub. 2019-nCoV koronavirusundan ölənlərin sayı 361 nəfərə çatıb. Çindən əlavə, yoluxma halları Tailand, Yaponiya, Cənubi Koreya, ABŞ, Kanada, Vyetnam, Sinqapur, Nepal, Fransa, Avstraliya, Malayziya, Finlandiya, Rusiya və Almaniyada da qeydə alınıb.