XƏBƏR LENTİ

28 Fevral 2020
27 Fevral 2020

Digər Xəbərlər

03 Fevral 2020 - 23:16

Koronavirusla bağlı saxta məlumat yayanlar məsuliyyətə cəlb olunacaqlar- Malayziyada

Malayziya hökuməti koronavirusla bağlı cəmiyyətdə ajiotaj yaratmamağa çağırıb. Hökumət rəsmi şəkildə adıçəkilən virusla bağlı saxta məlumatın yayılmasında iştirak edənlərin cəzalandırılacağını bildirib.

Səhiyyə Nazirliyinin məlumatında qeyd edilib ki, son günlərə qədər saxta məlumat yaymaqda şübhəli bilinən altı nəfər saxlanılıb. Şübhəlilərin saxta xəbər yayması sübuta yetiriləcəyi təqdirdə onların cərimə olunacağı və ya həbs ediləcəyi gözlənilir.

Qeyd edək ki, bu günə qədər Malayziyada səkkiz nəfərin koronovirusa yoluxma halı müəyyən edilib və onların hamısının çinli olduğu bildirilir(azərtac).