Görülən tədbirlərə baxmayaraq, Avropaya qeyri-qanuni yollarla axın edən insanların sayı durmadan artır və bu da ciddi narahatlığa səbəb olub. Almaniyanın Kansleri Angela Merkelin avstriyalı həmkarı Sebastian Kurzla görüşündə əsas müzakirə mövzusunun məhz qaçqın böhranı olacağı bildirilir.
Almaniya polisinin məlumatına görə, təkcə bu ölkəyə hər gün 450 nəfərdən çox miqrant qeyri-qanuni yollarla gəlir. Bu miqrantlar əsasən Suriya, İraq, Əfqanıstan, bir sıra Afrika ölkələrinin sakinləridir.
Qeyri-qanuni miqrantların sayının artması onu göstərir ki, Şengen zonasına daxil olan ölkələrin sərhədlərinin mühafizəsi lazımi səviyyədə həyata keçirilmir.
Əgər lazımi tədbirlər görülməzsə, Avropanı gələcəkdə yüz milyonlarla miqrant axını ilə üzləşmə təhlükəsi gözləyir(azərtac).