XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 February 2020 - 23:50

Məhkəmə Ermənistanın sabiq prezidenti ilə bağlı cinayət işini icraata götürüb

Yerevan Şəhər Ümumi Məhkəməsi Ermənistanın sabiq prezidenti Serj Sarqsyanla bağlı cinayət işini icraata qəbul edib.

“Report” TASS-a istinadən xəbər verir ki, sabiq dövlət başçısı külli miqdarda dövlət vəsaitini mənimsəməkdə ittiham olunur.

Xatırladaq ki, Ermənistan Xüsusi İstintaq Xidməti ötən il dekabrın 4-də Serj Sarqsyana qarşı 2013-cü ilin 25 yanvar – 7 fevral tarixlərində 489 milyon dramın (1 milyon ABŞ dolları) bir qrup vəzifəli şəxs tərəfindən israf olunmasında təşkilatçı qismində iştirak etməsi ilə bağlı ittiham irəli sürüb.