XƏBƏR LENTİ

28 Fevral 2020
27 Fevral 2020

Digər Xəbərlər

03 Fevral 2020 - 22:49

Türkiyənin müdafiə naziri:“İdlibdə 76 suriyalı hərbçi zərərsizləşdirilib”

Türkiyə Silahlı Qüvvələri tərəfindən Suriyanın İdlib vilayətinə endirilən raket zərbələri nəticəsində Suriya prezidenti Bəşşar Əsədə məxsus ordu qüvvələrinin 76 hərbçisi zərərsizləşdirilib.

“Anadolu” agentliyi xəbər verir ki, bu barədə Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar məlumat verib.

Onun sözlərinə görə, 54 hədəfə zərbələr endirilib: “Müxtəlif mənbələrdən aldğımız məlumata görə, hazırda 76 suriyalı hərbçi zərərsizləşdirilib”.

Xatırladaq ki, ötən gecə Bəşşar Əsədə sadiq qüvvələrin hücumu nəticəsində Türkiyə ordusunun 6 əsgəri şəhid olub, 9 nəfər isə yaralanıb.