XƏBƏR LENTİ

21 Fevral 2020

Digər Xəbərlər

04 Fevral 2020 - 10:22

Honkonqda koronavirusdan ilk ölüm hadisəsi qeydə alınıb- 39 yaşlı xəstə qəfildən dünyasını dəyişib

Honkonqun xüsusi inzibati bölgəsində yeni növ koronavirusdan ilk ölüm hadisəsi qeydə alınıb.

Trend-in məlumatına görə, Şahzadə Marqaret Xəstəxanasında koronavirusdan müalicə alan 39 yaşlı xəstə səhər saatlarında qəfildən dünyasını dəyişib.

Məlumatda bildirilir ki, ölən şəxs yanvarın 21-də sürətli qatarla Vuhana səfər edib və iki gün sonra Honkonqa qayıdıb. Yanvarın 31-də simptomlar özünü göstərməyə başlayarkən dərhal tibbi yardıma müraciət edib və ona yeni növ koronavirus diaqnozu qoyulub.

Son məlumatlara görə, Honkonqda 15 yoluxma hadisəsi qeydə alınıb, daha 159 adam tibbi nəzarətdədir.

Xatırladaq ki, Çində ötən ilin dekabrından 2019-nCoV koronavirusu yayılmağa başlayıb. Virusa yoluxanların sayı 20 438-ə, ölənlərin sayı isə 425-ə yüksəlib.