XƏBƏR LENTİ

13 İyul 2020
12 İyul 2020
11 İyul 2020

Digər Xəbərlər

04 Fevral 2020 - 10:44

Beynəlxalq Valyuta Fondunun Avropa departametinin rəhbəri istefa verəcək

Beynəlxalq Valyuta Fondunun (BVF) Avropa departametinin rəhbəri Pol Tomson bu ilin iyul ayında istefa verəcək.

“Report” xəbər verir ki, bu barədə BVF-in idarəedici direktoru Kristalina Georgiyeva məlumat verib.

“Pol, Avropanın bütün 44 ölkəsi ilə yaxından işləyib və Berlin divarının sökülməsindən sonra bazar iqtisadiyyatına keçən bir çox ölkəyə pul siyasəti sahəsində zəruri tövsiyələrini verib”.

Tomson BVF-də 37 il işləyib. O, həm Vaşinqtonda yüksək vəzifələr tutub, həm də BVF-nin Rusiyadakı nümayəndəsi olub.

Onun yerinə kimin təyin ediləcəyi ilə bağlı məlumat yoxdur.