Malayziyanın Uxan şəhərində olan vətəndaşlarını təxliyə edən “AirAsia” şirkətinə məxsus təyyarə fevralın 4-də Kuala Lumpurun beynəlxalq aeroportuna enib.
Bu barədə Channel News Asia telekanalı məlumat yayıb.
Telekanalın məlumatına əsasən, təyyarə yerli vaxtla səhər saat 5:57 dəqiqədə Malayziyaya çatıb. Təyyarədə 102 sərnişinin və 12 heyət üzvünün olduğu bildirilir. Sərnişinlərdən səkkizi beynəlxalq təşkilatların, altısı isə Malayziyanın Çindəki səfirliyinin əməkdaşları olub.
Xatırladaq ki, Çinin hakimiyyət orqanları Dünya Səhiyyə Təşkilatını 2019-cu il dekabrın 31-də Uxan şəhərində yeni koronavirusun yayılması barədə məlumatlandırıb(azərtac).