XƏBƏR LENTİ

25 Fevral 2020
24 Fevral 2020

Digər Xəbərlər

04 Fevral 2020 - 12:55

Tokio polisi terrora qarşı mübarizə tədbirlərini gücləndirir- Olimpiadaya görə

Tokio polisi Yay Olimpiya və Paralimpiya Oyunları ərəfəsində terrora qarşı mübarizə tədbirlərini gücləndirir.

Yaponiya Polis İdarəsi tərəfindən fövqəladə vəziyyət yaranacağı təqdirdə əcnəbi turistləri məlumatlandırmaq üçün 110 telefon nömrəsinə müraciət etmək barədə yeni plakatlar hazırlanıb. Həmin addım Olimpiya və Paralimpiya Oyunları ərəfəsində həyata keçirilən antiterror tədbirləri çərçivəsində atılıb.

Plakatda klassik yapon qravürasına oxşar şəkildə Kabuki teatrının qəzəbli baxışları olan aktyoru əks olunub. Plakatda ingilis, Çin, Koreya və yapon dilində verilmiş yazıda insanlar şübhəli vəziyyət yaranacağı təqdirdə polisə müraciət etməyə çağırılır.

Həmin plakatlar Tokionun tanınmış əyləncə mərkəzlərində və böyük stansiyalarda artıq yerləşdirilib.

“Şibuya” stansiyası yaxınlığındakı böyük monitorda da yerləşdirilən həmin plakatda polis terrorun qarşısının almaq üçün insanları əməkdaşlığa çağırır(azərtac).