Sasseks və Lafboro universitetlərinin yeni araşdırmalara əsasən, 2018-2019-cu illərdə Böyük Britaniya iqtisadiyyatında məhsuldarlığının əhəmiyyətli azalmaya məruz qalması 1760-1800-ci illərdə yaşanan məhsuldarlığın aşağı düşməsi ilə bağlı yaranan böhrandan bu yana ən kəskin geriləmədir.
“APA-Economics”in “Bloomberg”ə istinadən verdiyi məlumata görə, sözügedən universitetlərinin tədqiqatçıları tərəfindən aparılan araşdırmaya əsasən, göstərilmiş illərdə qeydə alınmış məhsuldarlıq böhranlı 2008-ci ilin göstəricisindən belə 20% azdır.
Qeyd edilir ki, texnologiyalar XXI əsrin sonlarında məhsuldarlığa əhəmiyyətli dərəcədə təkan vermiş olsa da, 2008-ci ildən bəri onların Böyük Britaniya iqtisadiyyatında məhsuldarlığa müsbət təsiri 4 dəfə azalıb.