XƏBƏR LENTİ

28 Fevral 2020
27 Fevral 2020

Digər Xəbərlər

04 Fevral 2020 - 14:26

Türkiyə XİN başçısı:“İdlibdə Rusiyanın üzərinə mühüm vəzifə düşür”

“Son günlər İdlibdə ciddi gərginlik yaşanıb. Rusiya ilə birlikdə bu gərginliyi azaltmaq üçün səy göstəririk”.

Bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.

O bildirib ki, İdlibdə Rusiyanın üzərinə mühüm vəzifə düşür.

“İdlibdə bizə qarşı edilən hücumlara dözümlü yanaşa bilmərik. Rusiya ilə geniş miqyaslı əlaqələrimiz mövcuddur. Dünən Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovla telefon danışığımız olub. Dərhal atəşkəs əldə etmək istəyirik”, – deyə M. Çavuşoğlu qeyd edib/APA.