XƏBƏR LENTİ

11 İyul 2020
10 İyul 2020

Digər Xəbərlər

04 Fevral 2020 - 15:40

Məhkəmə CAR-ın sabiq prezidentinin həbsinə order verib –Korrupsiya ittihamı

Pitermaritsburq şəhərinin Ali Məhkəməsi Cənubi Afrika Respublikasının (CAR) sabiq Prezidenti Ceykop Zumanın həbsinə order verib.

“RİA Novosti” agentliyinin verdiyi məlumata görə, “SABC News” telekanalı xəbər verir ki, C. Zuma fevralın 4-də keçirilən məhkəmə prosesinə gəlmədiyi üçün Məhkəmə Təqibi Milli İdarəsi məhkəmədən onun həbsinə order verilməsini istəyib.

Dövlət ittihamçısı Billi Dauner bildirib ki, təqsirli bilinən şəxsin məhkəməyə gəlməməsi cinayət sayılır.

İdarə, həmçinin, sabiq Prezidentdən məhkəməyə gəlməməsinin səbəbi kimi göstərdiyi səhhətində problem yaranmasını təsdiq edən tibbi sənəd istəyib.

Telekanal xəbər verir ki, məhkəmə C. Zumanın həbsinə order verib və qərar mayın 6-da qüvvəyə minəcək.  

CAR-ın sabiq Prezidenti korrupsiya və dövlət əmlakını talan etmə cinayətlərində ittiham olunur. Məhz bu cinayətlərdə ittiham olunduğuna görə o, müxalifətin tələbi ilə 2018-ci ilin fevralında vaxtından əvvəl Prezident vəzifəsindən istefa verib/APA.