ABŞ-ın Ticarət Departamenti milli valyutalarını dollar qarşısında qəsdən ucuzlaşdıran ölkələrin mallarına əlavə gömrük rüsumu tətbiq edəcək.
Məlumata görə, bununla bağlı ötən ilin may ayından hazırlanmış qanun layihəsi artıq təsdiq edilib.
Sənədə əsasən, Çin, Cənubi Koreya, Yaponiya, Malayziya, Sinqapur, Vyetnam, Almaniya, İtaliya, İsveçrə və İrlandiyadan idxal olunan mallar ABŞ ərazisinə əlavə vergi ödəməklə daxil olacaq. (Report)