XƏBƏR LENTİ

14 İyul 2020
13 İyul 2020

Digər Xəbərlər

04 Fevral 2020 - 19:35

Avropa İttifaqının rəsmisi:"İranı nəzərə almadan bölgədəki sabitlikdən danışa bilmərik"

“İranı nəzərə almadan bölgədəki sabitlikdən danışa bilmərik”.

Bunu Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozef Borel İrana səfərinin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

“İl faciəli hadisələrlə, qarşıdurmalarla, Birgə Hərtərəfli Fəaliyyət Planı ilə əlaqədar qərarlarla, Yaxın Şərq üçün yeni bir sülh planının təqdimatı ilə başladı. Bütün bu hadisələr bütövlükdə, avropalıların, Avropa İttifaqının bütün aktyorlarla təmaslara başlamasına təkan verdi.

İrana səfər etdim, çünki İranı nəzərə almadan bölgədəki sabitlik haqqında danışa bilmərik. Bununla yanaşı, Səudiyyə Ərəbistanının Xarici İşlər naziri Adel əl-Cübeyri, Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər naziri Şeyx Abdullah bin Zayed Al Nahyan ilə, İraq Prezidenti Barham Salih ilə də danışıqlar apardım. İraqa getməyi planlaşdırırdım, ancaq şənbə günü yeni baş nazirin namizədliyi irəli sürüldüyü üçün bu mümkün olmadı. Ayrıca, İordaniyaya səfər etdim və  İordaniya kralı II Abdulla və Xarici İşlər naziri Ayman Safadi ilə müzakirələr apardım. Gələn cümə günü Vaşinqtona səfər edəcəyəm.

Bölgəni sabitləşdirmək, qarşılıqlı anlaşma və etimad yaratmaq üçün hər kəslə əlaqə qurmağa çalışırıq. Buna görə bu gün İran hakimiyyəti ilə danışıqlar apardım. Nüvə sazişi haqqında açıq danışdıq, amma bununla bağlı bir yenilik  yoxdur. Sonuncu dəfə danışdığımızdan bəri heç bir şey dəyişməyib.

Mən İran hakimiyyətindən İranın nüvə proqramı fəaliyyətinin həqiqi vəziyyətini yoxlamaq üçün Beynəlxalq Atom Enerjisi Agentliyinin nəzarəti davam etdirməsini xahiş etdim və düşünürəm ki, onlar buna razılaşdı”, – deyə Cozef Borel qeyd edib/APA.