XƏBƏR LENTİ

05 İyul 2020
04 İyul 2020

Digər Xəbərlər

04 Fevral 2020 - 20:12

Sabiq deputatın oğluna qarşı ittiham irəli sürülüb –Ermənistanda

Ermənistan parlamentinin sabiq deputatı Arakel Mövsisyanın oğlu David Mövsisyana bu ölkə tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarında əsgər Vahram Avakyanın ölümü ilə bağlı ittiham irəli sürülüb.

“Sputnik” xəbər verir ki, Ermənistan İstintaq Komitəsinin sözçüsü Nairə Harutyunyanın dediyinə görə, D.Mövsisyan hərbi nizamnamənin ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olma maddəsi üzrə ittiham olunur.

Bu maddə dörd ildən səkkiz ilədək həbs cəzasını nəzərdə tutur. Müstəntiq D.Mövsisyanın saxlanılmasına dair müraciət edib.

Bundan əvvəl Azərbaycanın işğal altındakı torpaqlarında yerləşən təlim mərkəzində yanvarın 30-da əsgər Vahram Avakyanın avtomatından özünü vurduğu xəbəri verilmişdi. Yaralı xəstəxanaya çatdırılsa da, orada öldüyü məlum olub.

Hadisə ilə bağlı özünüöldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi açılıb/Report.