XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

04 Fevral 2020 - 23:12

“İran milyardlarla dollar pulundan istifadə edə bilmir”- İshaq Cahangiri

İranın Cənubi Koreyada və Yaponiyada milyardlarla dollar pulu var, lakin biz bu pullardan istifadə edə bilmirik, çünki ABŞ icazə vermir.

Bu sözləri İran Prezidentinin birinci müavini İshaq Cahangiri deyib. O bildirib ki, ABŞ İran xalqının yanında olduğunu bəyan edir, amma xəstələr üçün dərman almağa icazə vermir. Bu, necə xalq yanında olmaqdır?

İshaq Cahangiri deyib ki, İran neftini daşıyan tankerlər ABŞ tərəfindən izlənilir və nefti sifariş verib almaq istəyən şirkətə hədə-qorxu gəlir ki, İran neftini alsan bank sistemində problemlər çıxacaq. Belə sanksiya görünməyib.

Prezidentin müavini bildirib ki, bütün bunlara baxmayaraq, qeyri-neft sahəsində fəaliyyət göstərən şirkətlər cari ilin ötən dövrü ərzində 70 milyard dollar həcmində məhsul ixrac ediblər. O qeyd edib ki, ABŞ-ın sanksiyaları ucbatından İran ağır günlərini yaşayır(azərtac).