XƏBƏR LENTİ

28 Fevral 2020
27 Fevral 2020

Digər Xəbərlər

05 Fevral 2020 - 10:45

Rusiya vətəndaşlarını Hubeydən çıxardı- Koronavirusa görə

Rusiya koronavirus epidemiyasına görə Çinin Hubey əyalətindən 144 nəfəri təxliyə edib.

“Report” xəbər verir ki, bu barədə Rusiyanın Pekindəki səfirliyi məlumat yayıb.

Təxliyyə edilən 144 nəfərdən 128-nin Rusiya, 16-sının isə MDB ölkələrinin vətəndaşları olduğu bildirilib. Hubeydən çıxarılanlar arasında koronavirus şübhəsinin olmadığı açıqlanıb.

Xatırladaq ki, ötən ilin son günündə Çin hökuməti Ümumdünya Səhiyyə Təşkilatına ölkənin şərq hissəsindəki Hubey əyalətinin Uhan şəhərində naməlum sətəlcəm xəstəliyinin yayılması barədə məlumat verib. Mütəxəssislər xəstəliyin törədicisinin yeni növ koronavirus (2019-nCoV) olduğunu müəyyənləşdirib. İndiyə qədər xəstəlikdən 490 nəfər ölüb, yoluxanların sayı isə 24 mini ötüb.