XƏBƏR LENTİ

24 Fevral 2020
23 Fevral 2020

Digər Xəbərlər

05 Fevral 2020 - 14:49

Türkiyədə 50 nəfər qar uçqunu altında qalıb

Türkiyənin Van bölgəsində növbəti qar uçqunu baş verib.

APA-nın xəbərinə görə, bu gün ötən axşam uçqun altında qalan 2 nəfəri xilas etmək üçün Bahçesaray rayonunda dağlıq əraziyə cəlb olunan xilasetmə briqadası təbii fəlakətlə üzləşib.

Rayonun bələdiyyə sədri Meki Aras bildirib ki, ərazidə 300 xilasedici cəlb edilib. Qəfildən qar uçqunu baş verib. Nəticədə onlarla şəxs uçqun altında qalıb. Bələdiyyə sədri indiyədək 25 nəfərin xilas edildiyini, qar uçqunu altında 50-dən çox adamın qaldığını bildirib.