XƏBƏR LENTİ

05 İyul 2020
04 İyul 2020

Digər Xəbərlər

05 Fevral 2020 - 15:49

“Koalisiya qüvvələrinin İraqa müdaxiləsindən sonra ölkədə uşaq hüquqları kütləvi şəkildə pozulub”- BMT

Koalisiya qüvvələri İraqa müdaxilə etdikdən sonra ölkədə uşaqların hüquqları kütləvi şəkildə pozulub.

Bu fikir BMT ekspertlərinin İraqda insan hüquqlarına dair hazırladıqları hesabatda əks olunub.

Hesabatda bildirilir ki, 142 iraqlı uşağın ölümünün məsuliyyəti koalisiya qüvvələrinin üzərinə düşür. Həmçinin 2114 uşaq cinsi zorakılığa məruz qalıb. Bir çox hallarda uşaqlar qanunsuz hərbi birləşmələrin tərkibində döyüşlərdə iştirak edərək həlak olublar.

Hesabatda diqqətə çatdırılıb ki, terrorçuluqla mübarizə adı altında İraqa daxil olan ABŞ və Avropa dövlətlərinin silahlı birləşmələri dəfələrlə yanlışlığa yol verərək, mülki obyektləri bombardman ediblər. Nəticədə minlərlə dinc sakin, o cümlədən də uşaqlar həlak olub.

Hesabat BMT Təhlükəsizlik Şurasının iclasında müzakirəsinə çıxarılacaq(azərtac).