XƏBƏR LENTİ

13 İyul 2020
12 İyul 2020
11 İyul 2020

Digər Xəbərlər

05 Fevral 2020 - 16:14

“Çinin yeni koronavirusun yayılmasına nəzarət səyləri çox vacib mərhələdədir”- Si Cinpin

“Çinin yeni koronavirusun yayılmasına nəzarət səyləri çox vacib mərhələdədir və hakimiyyət epidemiyanın yayılmasının qarşısını almalıdır”.

APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bunu Çin Xalq Respublikasının (ÇXR) sədri Si Cinpin deyib.

ÇXR sədri bildirib ki, hökumət yeni koronavirusun yayılması barədə məlumatları vaxtında və dəqiq şəkildə yaymalıdır, çünki bu, koronavirusla əlaqəli şayiələrin yayılmasının qarşısını alacaq.

Si Cinpin qeyd edib ki, hökumət digər ölkələrin virusla mübarizə üçün göndərdiyi yardımların tam və şəffaf şəkildə istifadəsini təmin edəcək.