XƏBƏR LENTİ

13 Avqust 2020

Digər Xəbərlər

05 Fevral 2020 - 17:26

Cozef Borel ABŞ-a səfər edəcək- Fevralın 6-da

Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozef Borel ABŞ-a səfər edəcək.

APA-nın Aİ-nin saytına istinadən verdiyi xəbərə görə, Cozef Borel Aİ-nin Ali Nümayəndəsi kimi ABŞ-a ilk səfərini fevralın 6-7-də reallaşdıracaq.

Səfəri çərçivəsində Cozef Borel ABŞ Dövlət katibi Maykl Pompeo, Nümayəndələr Palatasının sədri Nensi Pelosi, ABŞ Prezidentinin Milli Təhlükəsizlik üzrə müşavir Robert Obrayn və ABŞ Prezidentinin baş məsləhətçisi Cared Kuşner ilə görüşəcək.