XƏBƏR LENTİ

13 Avqust 2020

Digər Xəbərlər

05 Fevral 2020 - 21:30

Çin lideri:"Koronavirusa qarşı tədbirlər səmərəsini verir"

Çində koronavirusla bağlı profilaktika və nəzarət tədbirləri müəyyən müsbət nəticələr verməyə başlayıb.

RİA “Novosti” xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Sədri Si Cinpin Pekində səfərdə olan Kambocanın baş naziri Hun Senlə görüşü zamanı bildirib.

“Hazırda Çin hökuməti və xalqı yeni tip koronavirusun törətdiyi pnevmoniyanın yayılmasına qarşı əllərindən gələn hər şeyi edir. Öz xalqına və beynəlxalq birliyə qarşı məsuliyyət hiss edən Çin Kommunist Partiyası, hökumətimiz profilaktika və nəzarətlə bağlı ən ciddi tədbirlər görüblər”, – deyən dövlət başçısı görülən tədbirlərin artıq müsbət nəticələr verdiyini də diqqətə çatdırıb/Report.