XƏBƏR LENTİ

06 İyul 2020
05 İyul 2020
04 İyul 2020

Digər Xəbərlər

06 Fevral 2020 - 11:32

“Prezident məmnundur…”- Ağ Ev Senatın Trampla bağlı qərarını şərh etdi

ABŞ prezidenti Donald Trampın impiçmenti üzrə prosesin səbəbi dövlət başçısının yenidən seçilməyi planlaşdırdığı 2020-ci ildə keçiriləcək seçkilərə demokratların təsir göstərmək istəyi idi.

Bunu Ağ Evin mətbuat katibi Stefani Qrişem deyib.

S.Qrişem bildirib: “Demokratların bütün bu səyləri 2016-cı il seçkilərinin nəticələrini yenidən nəzərdən keçirmək və 2020-ci il seçkilərinə müdaxilə etmək məqsədi daşıyırdı… Prezident demokratların utancverici davranışının bu son hissəsini geridə qoymaqdan məmnundur və 2020-ci ildə və gələcəkdə fəaliyyətini Amerika xalqı adından davam etdirməyə ümid edir”.

Ağ Evin mətbuat katibi Nümayəndələr Palatasının spikeri Nensi Pelosi və Palatanın Kəşfiyyat Komitəsinin rəhbəri Adam Şiffi bir daha yalan danışmaqda günahlandırıb.

Xatırladaq ki, daha əvvəl ABŞ Konqresinin Senatı ölkə prezidenti Donald Trampa impiçment proseduru çərçivəsində ittihamın hər iki bəndi üzrə bəraət qazandırıb.

İlk maddənin lehinə 48, əlehinə – 52 senator, ikinci maddənin lehinə 47, əlehinə isə 53 senator səs verib.

Beləliklə, impiçment prosesi başa çatıb/Trend.