XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 February 2020 - 14:03

ABŞ-da koronavirusa yoluxanların sayı artıb- Statistika

ABŞ-da yeni növ koronavirusa yoluxanların sayı artıb.

Trend-in “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə Viskonsin ştatının səhiyyə nazirliyindən bildiriblər.

Nazirliyin məlumatında deyilir: “Fevralın 5-i Viskonsində ilk 2019-nCoV halı təsdiq edilib”.

Beləliklə, ABŞ-da yeni növ koronavirusa yoluxanların sayı 12 nəfərə çatıb.

Qeyd edək ki, Çində yeni növ koronavirusa 28018 insan yoluxub, yoluxanlardan 563 nəfər ölüb.

Ümumilikdə, koronavirus 21 ölkədə qeydə alınıb: Yaponiya, Tailand, ABŞ, Avstraliya, Sinqapur, Cənubi Koreya, Malayziya, Vyetnam, Fransa, Nepal, Kamboca, Almaniya, Şri Lanka, BƏƏ, Finlandiya, Hindistan, Filippin, İtaliya, Böyük Britaniya, Rusiya və Belçika.