XƏBƏR LENTİ

24 Fevral 2020
23 Fevral 2020
22 Fevral 2020

Digər Xəbərlər

06 Fevral 2020 - 12:12

Çin 75 milyard dollarlıq ABŞ məhsulunun əlavə tariflərini yarıbayarı azaldır- Qərar bu tarixdə qüvvəyə minəcək

Çin hökuməti ABŞ-dan idxal olunan 75 milyard dollarlıq məhsula tətbiq olunan əlavə gömrük rüsumlarını yarıbayarı azaldır.

Çin Dövlət Şurasının (Nazirlər Kabineti) Gömrük Tarifləri Komissiyasının bu barədə qərarı fevralın 14-dən qüvvəyə minəcək. Məqsəd iki ölkə arasında iqtisadi-ticari münasibətlərin sağlam və davamlı inkişafını təşviq etməkdir.

Qeyd etmək lazımdır ki, ABŞ və Çin arasında iki ilə yaxın müddətdə davam etmiş ticarət mübahisələri yanvarın 15-də Vaşinqtonda ticarət sazişinin birinci mərhələsinə dair sənədin imzalanması ilə səngiyib. Tərəflər digərindən idxal etdiyi məhsullara tətbiq olunan əlavə tarifləri tədricən aradan qaldıracaqlarını bəyan ediblər.