XƏBƏR LENTİ

09 İyul 2020
08 İyul 2020

Digər Xəbərlər

06 Fevral 2020 - 13:14

ÜST:"Koronavirus Çindən başqa 24 ölkədə qeydə alınıb"

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni koronavirusla (2019-nCoV) bağlı fevralın 5-nə olan rəqəmləri açıqlayıb.

APA-nın ÜST-ə istinadən xəbərinə görə, fevralın 5-nə olan məlumata görə, Belçikada ilk yeni koronavirus (2019-nCoV) kəskin respirator xəstəliyinə yoluxma halı qeydə alınıb.

Dünya üzrə təsdiqlənmiş yoluxma hallarının sayı 24554 (3925 yeni) təşkil edir.

Çində 24363 (3893 yeni) yoluxma halı olub. Onlardan 3219-i ağır dərəcəlidir (431 yeni). Çində virusdan indiyədək 491 ölüm halı (66 yeni) olub. 

Çinin xaricində isə 24 ölkədə (1 yeni) 191 yoluxma halı (32 yeni), 1 ölüm qeydə alınıb.

ÜST Çində virusun risk qiymətləndirilməsini çox yüksək, regional və qlobal səviyyədə yüksək hesab edir.