XƏBƏR LENTİ

19 Fevral 2020

Digər Xəbərlər

06 Fevral 2020 - 19:30

İstanbulda qəzaya uğrayan sərnişin təyyarəsinin pilotlarının qanı yoxlanılacaq –Səbəb

Türkiyənin İstanbul şəhərinin Sabiha Gökçen hava limanında qəzaya uğrayan sərnişin təyyarəsinin pilotlarının qanı yoxlanılacaq.

“CNN Türk” xəbər verir ki, təyyarə qəzasının ardından Anadolu Prokurorluğu tərəfindən istintaq başlanılıb.

Prokurorluq istintaq əsasında təyyarənin kapitanı Mahmu A. və Cənubi Koreya vətəndaşı, köməkçi pilot Ferdinant P.-dən alkoqol və ya narkotik maddə qəbul edib-etməməyi ilə bağlı qan nümunəsi alınması istənilib. Qan nümunələrinin məhkəmədən molekulyar və genetik araşdırma icazəsi alındıqdan sonra məhkəmə-tibbi ekspertizasına göndərilməsi istiqamətində qərar alınıb. Prokurorluq məhkəmənin qərarı ilə 2 pilotun mobil telefonlarının üzərinə həbs qoyulmasını tələb edib.

Xatırladaq ki, fevralın 5-də yerli vaxtla saat 18:19-da İstanbulda sərnişin təyyarəsi hava limanına eniş zamanı qəzaya uğrayıb. Nəticədə 3 nəfər ölüb, 179 nəfər isə yaralanıb/Report.