XƏBƏR LENTİ

21 Fevral 2020

Digər Xəbərlər

06 Fevral 2020 - 22:13

Gürcüstanda koronavirus təhlükəsi: daha bir Çin vətəndaşı xəstəxanaya yerləşdirilib

Çin vətəndaşı respirator xəstəlik simptomları ilə Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasına yerləşdirilib.

Strateq.az “Report”a istinadla xəbər verir ki, qadında yüksək temperatur, baş ağrısı, öskürək və ümumi halsızlıq qeydə alınıb.

Xəstəxanada pasiyentin vəziyyətini qənaətbəxş qiymətləndiriblər. Çinli qadında koronavirus infeskiyasının olması az ehtimal olunsa da, yekun nəticələr analizdən sonra məlum olacaq.

Çin vətəndaşının yanvarın 27-də Pekini tərk etdiyi, daha sonra Qazaxıstanda olduğu və Gürcüstana səfər etdiyi bildirilib.