XƏBƏR LENTİ

25 Fevral 2020
24 Fevral 2020

Digər Xəbərlər

06 Fevral 2020 - 23:02

İbrahim Kalın:"Rusiyanın hərbçilərdən ibarət nümayəndə heyəti Türkiyəyə gələcək"

Rusiyanın hərbçilərdən ibarət nümayəndə heyəti Suriyanın İdlib vilayətindəki vəziyyəti müzakirə etmək üçün tezliklə Ankaraya səfər edəcək.

”RİA “Novosti” xəbər verir ki, bu barədə Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın bildirib.

“Rusiya və Türkiyə prezidentləri yaxın vaxtlarda Rusiyadan bizə hərbi heyətin gələcəyinə dair razılığa gəliblər. İdlibdəki müşahidə məntəqələrimiz Soçi razılaşması çərçivəsində öz mövqelərində qalacaq, burada dəyişiklik olmayacaq, sərhədlər (eskalasiya zonaları) eyni qalacaq” – deyə Kalın jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Türkiyə Rusiya ilə iki ölkənin İdlibdə müşahidə məntəqələrinin yerləşməsi ilə bağlı razılığa gəlib: “Rusiya hərbçiləri ilə danışacağıq. Çünki müşahidə məntəqələrimiz təhlükəsiz olmalıdır”.

Report