Türkiyənin Manisa şəhərinin Akhisar rayonunda 4.0 bal gücündə zəlzələ olub.
Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Yeraltı təkan bu gün yerli vaxtla saat 09:31-də qeydə alınıb. Zəlzələnin episentri 10 km dərinlikdə yerləşib.
Dağıntı və tələfat barədə məlumat verilməyib. (report)