XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

14 May 2015 - 05:27

Makkeyn Ukrayna prezidentinin məsləhtçisi olmaqdan imtina edib – MÖVQE

makk.jpg

ABŞ senatoru Con Makkeyn Ukrayna prezidenti yanında yaradılmış İslahatlar üzrə Beynəlxalq Məsləhət Şurasının üzvü olmaqdan imtina edib.

Strateq.az bildirir ki, Makkeyn belə bir təyinata razılıq vermədiyini bildirib. Senatorun sözlərinə görə, bu barədə ondan Ukrayna rəsmiləri və Gürcüstanın eks prezidenti Saakaşvili xahiş edib.

“Mən buna razılıq vermədim. Mən bunun ABŞ senatoru olaraq qanuni-olub olmadığına əmin deyiləm. Onlara bildirdim ki, bunun bütün nüanslarına baxmaq lazımdır”-deyə Makkeyn vurğulayıb.

Xatırladaq ki, prezident Poroşenkonun fərmanı ilə yaradılmış bu Şuraya M. Saakaşvili rəhbərlik edir.