Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında PKK terror təşkilatına qarşı keçirdiyi “Pəncə” əməliyyatı zamanı 174 terrorçu məhv edilib.
Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.
Əməliyyatlar zamanı 83 mindən çox silah-sursat və terrorçulara aid 403 sığınacaq ələ keçirilib(azərtac).