XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 February 2020 - 22:32

Gürcüstan-Rusiya avtomagistralı tam bağlanıb- Bu səbəbdən

Güclü külək, çovğun və qatı duman səbəbindən Gürcüstandan Rusiyaya gedən və beynəlxalq əhəmiyyətli yeganə avtomobil yolu fevralın 7-də bütün növ avtomobillər üçün bağlanıb.

Azərtac xəbər verir ki, bu barədə Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, Gürcüstandan Rusiyaya gedən Mtsxeta-Stepantsminda-Lars (Hərbi Gürcüstan yolu) magistralının Qudauri-Kobi hissəsində güclü külək, çovğun, qatı duman və bəzi hissələrdə yolun buz bağlaması ciddi problemlər yaradıb.

Vətəndaşların və sürücülərin təhlükəsizliyi baxımından avtomagistralın Qudauri-Kobi hissəsində bütün növ avtomobillərin hərəkəti qadağan edilib.