XƏBƏR LENTİ

25 Fevral 2020
24 Fevral 2020

Digər Xəbərlər

07 Fevral 2020 - 22:54

Çin neft emalını 15 faiz azaldıb- Koronavirusa görə

Çinin xam neft emalını 15 faiz azaltdığı bildirilir.

Ölkədəki neftayırma zavodları xam neftin emal həcmini təxminən 15 faiz azaldıb. Koronavirusla mübarizə aparan ölkənin qarşıdakı həftələrdə emal həcmini daha da azaldacağı deyilir.

Mənbələrə görə, dövlətə məxsus, eləcə də özəl müəssisələr ötən həftə neft emalını gündəlik 2 milyon barrelə endirib.

Qeyd edək ki, Çin dünyanın ən böyük xam neft idxalçısıdır. Çinin neft emalını azaltması dünyada enerji bazarını sarsıdır. Belə olan halda isə OPEC və müttəfiqləri hasilatı daha da azaltmaqla “qara qızıl”ın qiymətində yuxarı istiqamətli dəyişikliyə nail olmağa çalışır. Belə ki, yanvarda dünya birjalarında xam neftin qiyməti 18 faiz azalıb(azərtac).