XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 February 2020 - 15:11

Moskva və Ankara İdliblə bağlı məsləhətləşmələr keçirəcək?- Rusiya XİN təsdiqlədi

Rusiya Xarici İşlər Nazirliyi Moskva və Ankaranın İdliblə bağlı məsləhətləşmələr keçirəcəyini təsdiqləyib.

Bu barədə Xarici İşlər nazirinin müavini Mixail Boqdanov jurnalistlərə müsahibəsində bildirib.

O deyib ki, ən yaxın vaxtlarda Rusiya nümayəndə heyəti İdlibdə baş verən hadisələri ətraflı müzakirə etmək üçün Ankaraya yola düşəcək.

Xatırladaq ki, bir neçə gün əvvəl Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Ankara danışıqlarının anonsunu vermişdi(azərtac).