XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 February 2020 - 17:38

Türkiyədə avtobus aşıb –43 nəfər yaralanıb

Türkiyədə 43 nəfərin xəsarət alması ilə nəticələnən avtobus qəzası baş verib.

NTV-ın verdiyi xəbərə görə, hadisə Kayserinin Dəvəli rayonunda baş verib. Hadisənin baş verməsinə səbəb yolun buz bağlaması olub.

Belə ki, Adanadan Kayserinin Erciyes Dağı Qış Turizmi mərkəzinə gedən turizm avtobusu aşıb. Xəstəxanalara çatdırılanlar arasında ağır yaralıların olduğu da bildirlib.

Faktla bağlı araşdırmaya başlanıb. (apa)