Tailandın şimal-şərqindəki Nakhonratçasima vilayətində hərbi hissədə qulluq edən əsgər odlu silahla ən azı 12 nəfəri qətlə yetirib.
Əsgər hərbi hissədən oğurladığı silahla əvvəlcə tabe olduğu zabitlərdən birini və 2 əsgər yoldaşını güllələyib. Daha sonra şəhərdəki ticarət mərkəzlərindən birində qarşısına çıxanlara atəş açıb.
Əsgər hücumu zamanı mobil telefonla selfi foto və videolar çəkərək, sosial şəbəkədə paylaşıb, habelə “Facebook”da canlı videolar yayıb. Bildirilir ki, hazırda ticarət mərkəzində olan hərbçinin tutulması üçün əməliyyat aparılır.
Onun 16 nəfəri girov götürdüyü də güman olunur. İki kilometr radiusda ərazi mühasirəyə alınıb. Polisin məlumatına əsasən xeyli sayda yaralı var(azərtac).